Главная > Siyasət > Türkiyədən Qazaxıstandakı vəziyyətə münasibət

Türkiyədən Qazaxıstandakı vəziyyətə münasibət


5-01-2022, 16:27. Разместил: admin
“Qazaxıstanda yanvarın 2-3-ü başlayan və bu səhər hökumətin istefası ilə nəticələnən etiraz aksiyalarını yaxından izləyirik”.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

“Biz dost Qazaxıstanın sabitliyinə, qardaş qazax xalqının sülh və əmin-amanlığına önəm veririk. Qazaxıstan rəhbərliyinin bu böhranın öhdəsindən gələcəyinə tam əminik. Biz Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənirik və hadisələrin ən qısa müddətdə sakitləşəcəyinə ümid edirik. Bu hadisələr zamanı təhlükəsizlik qüvvələri daxil olmaqla yaralanan qazax qardaşlarımıza şəfa diləyirik”, - deyə məlumatda bildirilib.
Вернуться назад