Главная > Siyasət / Manset > “Önəmli olan İlham Əliyevin uzatdığı sülh əlini tutmaqdır”

“Önəmli olan İlham Əliyevin uzatdığı sülh əlini tutmaqdır”


3-01-2022, 22:17. Разместил: admin
Türkiyənin müdafiə naziri Hulusi Akar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması haqda danışıb.

“Azadsəs.az” xəbər verir ki, o, “Hüriyyət” qəzetinə müsahibəsində bu barədə sualı cavablandırıb. H.Akar bildirib ki, Azərbaycan torpaqlarının 30 il işğal altında qaldığı müddətdə heç bir beynəlxalq təşkilat bir iş görmürdü:

“44 günlük müharibədən sonra Minsk qrupunun həmsədrləri Prezident İlham Əliyevin qarşısına gəldilər. Əliyev “Sizi mənmi çağırdım, 30 ildir haradaydınız?” dedi. Önəmli olan cənab Prezidentimizin çağırışı ilə cənab İlham Əliyevin uzatdığı sülh əlini tutmaqdır. Bunun ən böyük xeyri Ermənistana olacaq. İndiki hədəf Azərbaycan-Ermənistan, Azərbaycan-Türkiyə və sonra da altıtərəfli münasibətlərin Qafqazda sabitliyi təmin etməsidir”.
Вернуться назад