Главная > Siyasət > Azərbaycanın beş ermənini təhvil verməsinə ABŞ-dan - Reaksiya
Azərbaycanın beş ermənini təhvil verməsinə ABŞ-dan - Reaksiya30-12-2021, 09:18. Разместил: admin |
ABŞ 2021-ci il noyabrın 16-da saxlanılan beş erməni hərbçisinin geri qayıtmasını alqışlayır. “Azadsəs.az” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosu Tvitterdə paylaşım edib. Biz qalan bütün məhbusların tam və tez bir zamanda azad edilməsinə, qalıqların dəyişdirilməsinə və itkin düşənlərin uçotunun aparılmasına çağırırıq. Biz beynəlxalq öhdəliklərə uyğun olaraq saxlanılanlarla humanist rəftarın vacibliyini vurğulayırıq”, - paylaşımda bildirilib. Qeyd edək ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq, bu gün Macarıstanın vasitəçiliyi ilə beş erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib. Вернуться назад |