Главная > Siyasət > DSMF-nin gəlirləri açıqlandı

DSMF-nin gəlirləri açıqlandı


29-12-2021, 18:21. Разместил: admin
“Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri cari ildə müsbət dinamika ilə müşahidə edilib. Fondun gəlirlərinin 74 faizini məcburi dövlət sığorta haqlarından daxilolmalar təşkil edib”.

“Azadsəs.az” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2021-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, gələn il üçün məcburi dövlət sığorta haqlarından daxilolmalar 78 faiz həcmində proqnozlaşdırılır: “Bu il dövlət büdcəsindən Fonda 25, 5 faiz transfert olunub. Gələn il üçün isə bu rəqəmin 21, 4 faiz həcmində olması proqnozlaşdırılır. Ümumilikdə transfertin gəlirdə payı 12, 6 faiz azalıb”.

Onun sözlərinə görə, 2021-ci ildə Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri 5 milyarddan çoxdur.
Вернуться назад