Главная > Siyasət > Azərbaycan diasporunun keçmiş rəhbəri Rusiyadan deportasiya ediləcək

Azərbaycan diasporunun keçmiş rəhbəri Rusiyadan deportasiya ediləcək


25-12-2021, 22:27. Разместил: admin
Azərbaycan diasporunun Moskva vilayətindəki keçmiş rəhbəri Qalib Ağayev Rusiyadan deportasiya ediləcək.

“Azadsəs.az” teleqram kanallarına istinadən xəbər verir ki, bu barədə qərar Moskvanın Ximki məhkəməsi tərəfindən verilib. Qərar inzibati xəta ilə bağlı qəbul edilib. Ağayev, həmçinin, 5 min rubl cərimələnib. O, deportasiya olunanadək Yeqoryevskdəki müvəqqəti saxlama təcridxanasında gözləyəcək.

Qeyd edək ki, Qalib Ağayev dələduzluqda ittiham olunur.
Вернуться назад