Главная > Siyasət > Paşinyan Overçukla kommunikasiyaların bərpasını müzakirə etdi

Paşinyan Overçukla kommunikasiyaların bərpasını müzakirə etdi


22-12-2021, 13:09. Разместил: admin
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukla görüşüb.

“Azadsəs.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, tərəflər görüş zamanı Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpa olunması perspektivləri, eləcə də Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupunun fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 21-22-də Hökumətlərarası Şuranın iclasında iştirak etmək məqsədilə İrəvana səfər edib. Overçuk İrəvandan əvvəl Bakıya səfər edib.
Вернуться назад