Главная > Siyasət > Ceyhun Bayramovla Abdullahiyan bir araya gəldilər

Ceyhun Bayramovla Abdullahiyan bir araya gəldilər


19-12-2021, 20:23. Разместил: admin
Pakistanın paytaxtı İslamabadda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanın görüşü olub.
“Azadsəs.az” İRNA agentliyinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər münasibətlərin yüksələn xətlə inkişaf tendensiyasından məmnun olduqlarını bildiriblər və iki ölkə arasında əməkdaşlıq sahəsində son prosesləri müzakirə ediblər.

C.Bayramov Abdullahiyanı Bakıya dəvət edib.


Вернуться назад