Главная > Siyasət > Mühəndis qoşunları tərəfindən aşkarlanan minaların sayı açıqlandı

Mühəndis qoşunları tərəfindən aşkarlanan minaların sayı açıqlandı


19-12-2021, 11:25. Разместил: admin
Azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində dekabrın 10-dan 19-dək 53 ədəd piyada və tank əleyhinə minanın aşkar olunaraq zərərsizləşdirilməsi ilə 92 hektara qədər ərazi təmizlənib.
“Azadsəs.az” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, ümumilikdə azad olunmuş ərazilərdə bu günədək mühəndis qoşunları tərəfindən 17 255 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib, 13365 hektar ərazi minalardan təmizlənib, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə 635 kilometr yol çəkilib.
Вернуться назад