Главная > Siyasət > Ermənistanda ordusuna məxsus hərbi avtomobil qəzaya düşüb: Ölən var

Ermənistanda ordusuna məxsus hərbi avtomobil qəzaya düşüb: Ölən var


16-12-2021, 13:16. Разместил: admin
Ermənistan ordusuna məxsus “Ural” markalı yük avtomobili qəzaya uğrayıb.

Hadisə Vayots Dzor vilayətinin (Dərələyəz mahalı) ərazisində baş verib.

Qeyd olunur ki, Serob Akopyanın idarə etdiyi “Ural” markalı avtomobil yoldan çıxaraq aşıb. Sürücünün hadisə yerində öldüyü bildirilir.

Hadisə yerinə hərbi polis qurumunun əməkdaşları cəlb edilib.

Qəzanın səbəbləri araşdırılır.
Вернуться назад