Главная > Siyasət > Prezidentdən müharibədən sonra saxlanılan ermənilərlə bağlı suala - Cavab

Prezidentdən müharibədən sonra saxlanılan ermənilərlə bağlı suala - Cavab


15-12-2021, 21:27. Разместил: admin
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “El Pais" qəzetinə müsahibə verib.

“Azadsəs.az” xəbər verir ki, jurnalist dövlət başçısına müharibənin başa çatmasından sonra saxlanılan ermənilərlə bağlı sual ünvanlayıb.

“Həmin şəxslərin hərbi əsir kimi qiymətləndirilməsi və hərbi əməliyyatların dayandırılması razılığına əsasən, Ermənistan tərəfinə qaytarılması ehtimalı varmı?”, - jurnalist bildirib.

İlham Əliyev qeyd edib ki, onlardan 10 nəfəri on gün bundan əvvəl qaytarılıb:

“Proses humanitar əsaslarda davam edir. Biz heç vaxt “yox” deməmişik, ancaq proses Azərbaycan qanunvericiliyi çərçivəsində, ədalət və humanizm üzərində qurulmalıdır.

Bu amillərin vəhdəti mövcuddur, proses gedir, onun davam edəcəyini istisna etmirik. Burada nəyin nə vaxt baş verəcəyini deyə bilmərəm, ancaq proses gedəcək”.
Вернуться назад