Главная > Siyasət > Şahin Mustafayev İran səfiri ilə görüşdü

Şahin Mustafayev İran səfiri ilə görüşdü


30-11-2021, 10:30. Разместил: admin
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi arasında görüş olub.

“Azadsəs.az” xəbər verir ki, bu barədə iranlı səfir öz Tvitter hesabında məlumat paylaşıb.

O qeyd edib ki, görüş dövlət başçılarının görüşündən bir gün sonra baş tutub.

Səfir vurğulayıb ki, Azərbaycan və İranın 15 birgə iri layihəsi var, onların son vəziyyəti nəzərdən keçirilir.
Вернуться назад