Главная > Siyasət / Dünya > Putin Rusiya Təhlükəsizlik Şurası ilə Azərbaycan və Ermənistan liderlərilə görüşün nəticələrini müzakirə edib
Putin Rusiya Təhlükəsizlik Şurası ilə Azərbaycan və Ermənistan liderlərilə görüşün nəticələrini müzakirə edib27-11-2021, 08:12. Разместил: admin |
Rusiya prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla apardığı danışıqların nəticələrini müzakirə edib. “Mən Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə apardığım müzakirələrin nəticələri və həmkarlarımla bugünkü iş zamanı əldə olunmuş razılaşmalar barədə qısaca məlumat verəcəyəm”, - deyə dövlət başçısı bildirib. “Planlaşdırıldığı kimi, biz ən yaxın tərəfdaşlarımız və ən yaxın qonşularımızla, yəni MDB ölkələri ilə münasibətlərin bütün spektri haqqında daha ətraflı danışacağıq”, - Putin qeyd edib. O, Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın təqdimatla çıxış edəcəyini vurğulayıb. Вернуться назад |