Главная > Siyasət / Dünya > Ermənistanda əhalinin silahlandırılması tələb edilir
Ermənistanda əhalinin silahlandırılması tələb edilir19-11-2021, 21:17. Разместил: admin |
“Zəngəzur və digər təhlükə altında olan ərazilərdəki əhalnin silahlandırılmasını, hazırlanmasını tələb edirik”. “Azadsəs.az” erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə “Milli Demokratik Partiya” nümayəndələri bəyan ediblər. Partiya Ermənistanın Müdafiə Nazirliyindən, Silahlı Qüvvələrin Baş Qərargah rəisindən və Ali Komandanlığın digər üzvlərindən bunları tələb edir: - Könüllülük əsasında silaha sahib olmaq və gəzdirmək, effektiv özünümüdafiəni təşkil etmək hüququ üçün zəruri olan qanunvericilik aktlarının qəbul edilməsi. - Paralel olaraq, zəruri özünümüdafiə hissələrini silah-sursat və texnika, o cümlədən, rabitə vasitələri ilə təmin etmək. Вернуться назад |