Главная > Siyasət / Manset > Vasif Talıbov nazir qudasını işdən çıxardı

Vasif Talıbov nazir qudasını işdən çıxardı


4-11-2021, 22:13. Разместил: admin
Naxçıvanın daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

“Azadsəs.com” Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Qeyd edək ki, F.Ələkbərov Vasif Talıbovun qudasıdır. O, Naxçıvanın DİN rəhbəri vəzifəsinə 2017-ci ildə təyin olunmuşdu.

DİN-in keçmiş rəhbəri Əhməd Əhmədov isə külli miqdarda narkotik qalmaqalına görə vəzifəsindən azad olunaraq həbs edilib.

Həmçinin oxuyun: Naxçıvanın daxili işlər naziri təyin olundu
Вернуться назад