Главная > Siyasət > Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı2-11-2021, 09:00. Разместил: admin |
Baş prokuror Kamran Əliyev həbs olunan sabiq birlik komandiri Rövşən Əkbərovdan general-leytenant rütbəsinin alınıb-alınmayacağı ilə bağlı suala aydınlıq gətirib. “Qafqazinfo”nun məlumatına görə, o bildirib ki, qanunun tələblərinə görə bu, mütləq deyil. “Bununla bağlı işdə çıxış edən prokurorun da mövqeyi olub və məhkəmənin də qərarı var. Qanunun tələblərinə görə bu, mütləq deyildi. Zəruri olan hallarda prokuror bunu məqsədəmüvafiq hesab edirsə, məhkəmə qarşısında vəsatət qaldırır. Məhkəmə də aidiyyəti qurumlara qərar verilməsi üçün vəsatət göndərə bilər. Amma bu işdə məqsədəmüvafiq hesab edilməyib. Ona görə də belə bir qərar qəbul olunmayıb”, - deyə Baş prokuror açıqlamasında bildirib. Qeyd edək ki, ötən həftə Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mili Qəhrəman, general-leytenant Rövşən Əkbərov 10 il azadlıqdan məhrum edilib. Sabiq birlik komandiri 2001-ci ildə Ukraynada iş adamı Elçin Əliyevi hərbi xəncərlə vuraraq öldürməkdə təqsirli bilinib. R. Əkbərovun hərbi rütbəsi və fəxri adlarının alınması zəruri hesab edilməyib. Вернуться назад |