Главная > Siyasət / Kriminal > Rövşən Əkbərovun general rütbəsinin alınmamasının səbəbi AÇIQLANDI - VİDEO
Rövşən Əkbərovun general rütbəsinin alınmamasının səbəbi AÇIQLANDI - VİDEO1-11-2021, 20:39. Разместил: admin |
“Rövşən Əkbərovun general-leytenant rütbəsinin alınması ilə bağlı işdə çıxış edən prokurorun da mövqeyi olub və məhkəmənin də qərarı var”. “Report”un xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. “Qanunvericiliyin tələblərinə görə, bu, mütləq deyil. Qanuna görə, zəruri olan hallarda, əgər prokuror bunu məqsədəuyğun hesab edirsə, məhkəmə qarşısında vəsatətlə çıxış edir və məhkəmə də müvafiq qurumlara müraciət olunması üçün qərar qəbul edir. Amma bu işdə məsələ məqsədəmüvafiq hesab edilməyib. Ona görə də belə bir qərar qəbul olunmayıb”, - Baş prokuror vurğulayıb. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib. Вернуться назад |