Главная > Siyasət > Zakir Həsənov Hulusi Akarla görüşdü

Zakir Həsənov Hulusi Akarla görüşdü


27-10-2021, 11:20. Разместил: admin
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəngilan rayonunda Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə görüşüb.

Nazirlikdən bildirilib ki, general-polkovnik Z.Həsənov həmkarı ilə azad edilmiş Zəngilanda görüşündən məmnun olduğunu qeyd edərək Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi mənəvi dəstəyə görə öz minnətdarlığını ifadə edib. Müdafiə naziri qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan tərəfdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminliyini bildirib.

H.Akar da öz növbəsində belə bir tarixi görüşün əhəmiyyətini vurğulayaraq strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.
Вернуться назад