Главная > Siyasət > Ərdoğan 10 ölkənin səfirinin “persona non qrata” elan edilməsi üçün göstəriş verib
Ərdoğan 10 ölkənin səfirinin “persona non qrata” elan edilməsi üçün göstəriş verib23-10-2021, 20:07. Разместил: admin |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişinə cəhddə ittiham olunan hüquq müdafiəçisi Osman Kavalanın azad olunması ilə bağlı çağırış edən 10 ölkənin səfirlərinin “persona non qrata” - arzuolunmaz şəxs elan olunması üçün XİN-ə göstəriş verdiyini açıqlayıb. “Yatıb-durub “Kavala” deyirlər. Kavala Sorosun Türkiyə şöbəsidir. Buna görə XİN-ə gəlirlər. Bu nə cür tərbiyəsizlikdir, bura Türkiyədir! Bura bir qəbilə dövləti deyil. Lazımı göstərişi XİN-ə verdim, nə etməli olduqlarını dedim. Bu 10 səfirin tezliklə “persona non qrata” elan edilməsini həll edəcəksiniz dedim”, - deyə o bildirib. Qeyd edək ki, sözügedən səfirlər Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ-ı təmsil edirlər. Onlar daha əvvəl məsələ ilə bağlı Türkiyə XİN-ə çağırılmışdı. Вернуться назад |