Главная > Siyasət / Manset > Gürcüstanın Baş naziri Azərbaycana gəldi

Gürcüstanın Baş naziri Azərbaycana gəldi


29-09-2021, 18:20. Разместил: azadses
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri başlayıb.

Məlumata görə, Gürcüstanın hökumət nümayəndələrini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Gürcüstanın hökumət administrasiyasının məlumatına əsasən, səfər çərçivəsində İ. Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.

Eyni zamanda, hər iki ölkənin Baş nazirlərinin iştirakı ilə Hökumətlərarası birgə İqtisadi Komissiyanın iclası keçiriləcək.

Qeyd edək ki, İ. Qaribaşvilini səfərdə müavini, xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava və hökumət administrasiyasının rəhbəri İliya Darçiaşvili müşayiət edir.

Mənbə: APA


Вернуться назад