Главная > Siyasət / Manset > Azərbaycanın azad edilmiş ərazilərində bərpa işlərinə başlaması Cənubi Qafqaz üçün önəmli hadisədir
Azərbaycanın azad edilmiş ərazilərində bərpa işlərinə başlaması Cənubi Qafqaz üçün önəmli hadisədir20-08-2021, 09:05. Разместил: azadses |
Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin sabiq sədri Səccad Kərim “BBC Manchester” radiosuna müsahibəsində Azərbaycana səfərindən bəhs edib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan həqiqətlərini öz gözləri ilə görmək və işğaldan azad edilmiş əraziləri ziyarət etmək üçün ölkəmizə səfər etdiyini bildirən S.Kərim deyib ki, hazırda Cənubi Qafqaz bölgəsində gedən müsbət dəyişikliklərə beynəlxalq ictimaiyyət öz töhfəsini verməlidir. Britaniyalı siyasətçi Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində böyük dağıntıların, ətraf mühit problemlərinin olduğuna, Zəngilan ərazisindən keçən Oxçuçayın zəhərli tullantılarla çirkləndirildiyinə, belə problemlərin qlobal ekoloji proseslərə təsirinə diqqəti cəlb edib. Səccad Kərim hazırda Azərbaycan tərəfinin həmin ərazilərdə intensiv şəkildə quruculuq-bərpa və abadlıq işlərinə başlamasını Cənubi Qafqaz bölgəsi üçün önəmli hadisə adlandırıb. O, Azərbaycanda bölgənin inkişafına güclü inamın olduğunu vurğulayıb, yeni səfəri zamanı daha böyük dəyişiklikləri görəcəyinə ümidini ifadə edib. Вернуться назад |