Главная > Siyasət > Poroşenko Saakaşviliyə vəzifə təklif olunmasına münasibət bildirdi

Poroşenko Saakaşviliyə vəzifə təklif olunmasına münasibət bildirdi


24-04-2020, 16:15. Разместил: azadses
Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Mixail Saakaşviliyə vəzifə təklif edilməsinə münasibət bildirib.
P.Poroşenko Vladimir Zelenskinin Gürcüstanın keçmiş prezidentinə vəzifə təklif etməsi ilə bağlı “RİA Novosti”yə açıqlama verib:
“Bu, o deməkdir ki, rəsmi Kiyevdə “ehtiyat oturacaq”lar tükənib, onlardan “taburet” kimi istifadə ediləcək. Xahiş edirəm, məndən fərdi qiymətləndirmə gözləməyin. Qəti şəkildə deyirəm: dövlət məsuliyyəti, dövlət marağı var və hər hansı şəxsi münasibətləri ləğv etmək lazımdır”.
Saakaşvili baş nazirin müavini vəzifəsinə namizəd olarsa, Ali Rada onun namizədliyinə səs verməlidir.
Qeyd olunur ki, deputatlar arasında hələlik Saakaşviliyə dəstək müşahidə olunmayıb.


Вернуться назад