Главная > Siyasət > Bakıda aksiya üçün müraciət edildi
Bakıda aksiya üçün müraciət edildi7-11-2019, 14:16. Разместил: azadses |
"Müsavat" BŞİH müraciət edib Müsavat Partiyası noyabrın 12-də saat 15:00-da Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirilməsi ilə bağlı BŞİH-ə məktubla müraciət edib. Bu barədə partiyanın "facebook" səhifəsində məlumat verilib. Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ötən gün Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb. BŞİH-də müraciətə baxılıb və mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib. Bundan sonra partiya açıqlama verərək həmin ərazidə mitinq keçirməyəcəyini, əvəzində BŞİH-i qarşısında piket keçirəcəyini bəyan edib. Вернуться назад |