Главная > Siyasət > Müxalifət noyabrın 10-da mitinq keçirəcək

Müxalifət noyabrın 10-da mitinq keçirəcək


6-11-2019, 17:00. Разместил: azadses

“10 noyabr mitinqi möhtəşəm olacaq.Azərbaycanın gələcəyini düşünən bacı və qardaşlarım, vətənimizin gələcəyi naminə 10 noyabrda bizimlə olun”.

Bizimyol.info xəbər verir ki, bu barədə Müsavat partiyasının başqanı Arif Hacılı məlumat yayıb.
“Mitinqlər, yürüşlər keçirmək hüququmuzdur. Etiraz hüququmuz var. Xüsusilə, Azərbaycan kimi haqsızlığın ərşə dirəndiyi bir ölkədə etiraz hüququmuzun hududu yoxdur. Lakin, hakim zümrə xalqın bu hüququnu tanımaq istəmir.
Müsavat üçün isə heç tanımaq istəmir. Bəzən məhdud ərazilərdə, təqib və təziq altında aksiyaların keçirilməsinə icazə verilsə də Müsavat Partiyasına nə ötən il, nə də bu il bir dəfə də olsun mitinq, piket keçirməyə icazə verilməyib. Keçirdiyimiz aksiyalar yalnız qanunsuz ləğv edilmiş aksiyalar olub. Polis tərəfindən dağıdılıb.
Bu il də həm ilk olaraq, həm də dəfələrlə mitinq, piket üçün müraciət etdik. Hər dəfə qadağa qoyuldu. Yenə müraciət etmişik.
Müraciətimiz kompromisdir. Mərkəzi meydanlara yox, ərtaf ərazilərdə olan meydanlara, o cümlədən əvvəllər dəfələrlə mitinq keçirilmiş yerə müraciət etmişik.
Bələdiyyə seçkiləri dövrü olduğunu da nəzərə alsaq mitinqimizin keçirilməsinə heç bir maneə törədilməməlidir. 10 noyabr mitinqi möhtəşəm olacaq.
Azərbaycanın gələcəyini düşünən bacı və qardaşlarım, vətənimizin gələcəyi naminə 10 noyabrda bizimlə olun.
Bu vətən bizimdir!”


Вернуться назад