Главная > Siyasət > Koronavirus idarəetmədə onlayn üsulunu vacib etdi
Koronavirus idarəetmədə onlayn üsulunu vacib etdi15-04-2020, 16:02. Разместил: azadses |
Videomüşavirədə müxtəlif sahələr üzrə icra nümayəndələrinin məruzələri dinlənilib Bir neçə gün əvvəl xidməti avtomobili ilə xüsusi karantin rejimində sakinləri evdə qalmağa səsləyən Quba İH başçısı Ziyəddin Əliyev bu gün yerli icra nümayəndələrilə onlayn müşavrə keçirib. Azadsəs-in məlumatına görə, 31 icra nümayəndəsinin qatıldığı videomüşavirədə rayon rəhbəri dünyada tüğyan edən koronavirus pandemiyası ilə mübarizədən ölkəmizin uğurla çıxacağını deyərək yerlərdə Operativ Qərargah tərəfindən qoyulan tələb və vəzifələrə əməl etməyin vacibliyini deyib.Bildirib ki, virusdan hamılıqla qurtarmağın yolu həmrəy olub evdə qalmaqdır, əhalinin işlək olmayan təbəqəsi sosial təcrid qaydalarına ciddi əməl edilməlidir. Ziyəddin Əliyev ərazi nümayəndələrinə kənd təsərrüfatı ilə məşğul olan kəndlilərə, fermerlərə ortaya çıxan problemlərin həllində dəstəkçi olmağa, xüsusi karantin rejimində hər hansı sənəd və arayış verilərkən obyektiv olmağa, süni maneələr yaratmamağı tövsiyə edib. Rayon İH başçısı Ziyəddin Əliyev koronavirus dövründə prezident İlham Əliyevin göstərişilə Qubaya da 337 nəfər aztəminatlı ailənin nümayəndələrinə, işini itirmiş şəxslərə verilən iş yardımı barədə danışıb və lazım gələrsə, bu sayın artırılacağını deyib. Videomüşavirədə müxtəlif sahələr üzrə Xaltan, Zərdabi, Hacıhüseynli və Rük icra nümayəndələrinin məruzələri dinlənilib. Rayon İH başçısı ölkədə yerlərdəki nümayəndələrə koronavirus infeksiyası ilə aparılan mübarizədə hamılıqla həmrəy olmağın vacibliyini bir dsha diqqətə çatdırıb və bu sahədə hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Вернуться назад |