Главная > Siyasət / Manset > Hikmət Hacıyev Brüsseldə Aİ rəsmisi ilə görüşüb
Hikmət Hacıyev Brüsseldə Aİ rəsmisi ilə görüşüb18-05-2021, 14:00. Разместил: azadses |
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb. Bu barədə Oliver Varhelyi "Twitter" hesabında paylaşım edib. Onun sözlərinə görə, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, Aİ-nin Qarabağa yardımı, COVID-19 pandemiyasından sonrakı iqtisadi bərpa, TAP kəmərinin potensialı müzakirə edilib. Вернуться назад |