Главная > Siyasət / Manset > Türkiyədə Ermənistanın cinayətləri ilə bağlı hazırlanan hesabat müzakirə edilib
Türkiyədə Ermənistanın cinayətləri ilə bağlı hazırlanan hesabat müzakirə edilib14-04-2021, 10:00. Разместил: azadses |
Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı insan hüquqlarının pozulması hallarının araşdırılması məqsədilə Türkiyə Böyük Millət Məclisinin nəzdində yaradılan komissiyanın iclası keçirilib. “Report” xəbər verir ki, iclasa sədrliyi Türkiyə Böyük Millət Məclisinin İnsan hüquqları komitəsinin sədri Hakan Çavuşoğlu edib. İclasda Ermənistanın hücumu nəticəsində Azərbaycanda insan hüquqlarının pozulması faktları ilə bağlı hazırlanan hesabat müzakirə edilib. Hakan Çavuşoğlu Vətən müharibəsi zamanı komissiya üzvləri ilə birlikdə Azərbaycana gəldiyini, Bakı, Gəncə, Tərtər və Bərdə şəhərlərində araşdırmalar apardıqlarını bildirib. Onun sözlərinə görə, komissiya üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki vətəndaşlarının yaşadığı məntəqələrə edilən hücumlar zamanı həyatını itirən 94 nəfərin yaxınları ilə görüşüblər. Millət vəkili bildirib ki, ermənilərin açdığı atəş nəticəsində Azərbaycan şəhərlərində 3 326 ev dağıdılıb, 504 ictimai bina yararsız hala düşüb: “Bu faktlarla bağlı hesabat hazırlanıb”. Sonda komissiya Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı insan hüquqlarının pozulması hallarını sənədləşdirib. Вернуться назад |