Главная > Siyasət > Prezident: “Əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın”
Prezident: “Əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın”26-02-2021, 16:00. Разместил: azadses |
“Bir çox beynəlxalq təşkilatlar Azərbaycanın təşəbbüsü ilə Xocalı soyqırımına öz münasibətini bildiriblər. Bu istiqamətdə işlər davam etdiriləcək”. Bu sözləri Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. “Əlbəttə, soyqırımı törədiləndə Azərbaycan demək olar ki, informasiya blokadasında idi. O vaxt müasir imkanlar da yox idi. Ona görə bu məsələ bir çoxları üçün aydın deyildi. Xüsusilə nəzərə alsaq ki, o illərdə Azərbaycanın beynəlxalq aləmdə imkanları o qədər də çox deyildi. Həmin vaxt erməni lobbisi fəal çalışırdı və müharibə ilə bağlı, baş vermiş hadisələrlə bağlı yalan, təhrif edilmiş məlumatlar ötürürdü. Beynəlxalq ictimaiyyətdə yanlış fikirlər formalaşmışdı. Вернуться назад |