Главная > Siyasət > Ermənilər Zəngəzuru TƏRK EDİR: 1300 NƏFƏR...
Ermənilər Zəngəzuru TƏRK EDİR: 1300 NƏFƏR...24-02-2021, 14:48. Разместил: azadses |
Sünik (Zəngəzur) bölgəsində demoqrafik vəziyyət mənfiyə doğru dəyişir. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, son bir ildə 1300 erməni Süniki tərk edib. “Joxovurd” qəzeti yazır ki, son bir ildə Ermənistanın bütün bölgələrində əhalinin sayı azalmaqdadır. “Məsələn, Lori bölgəsində 700, Araratda 100, Şirakda 400 nəfər azalıb. Ən çox azalma isə Sünikdə qeydə alınıb: 1300. Bu, yaxşı gələcək vəd etmir”, - qəzet yazır. 44 günlük müharibədən sonra Ermənistanın Sünik bölgəsində qanunsuz irəli çəkdiyi dövlət sərhədi də bərpa olunur. Sərhədin demarkasiyası nəticəsində bölgə üçün əhəmiyyətli əkin və otlaq sahələrinin də Azərbaycanın nəzarətinə keçməsi ermənilərin orada yaşamasını daha da çətinləşdirir. Növbəti illərdə Zəngəzuru tərk edən ermənilərin sayının daha çox olması gözləniləndir. Вернуться назад |