Главная > Siyasət > Rusiya Qarabağa növbəti humanitar yardım göndərib
Rusiya Qarabağa növbəti humanitar yardım göndərib23-02-2021, 10:19. Разместил: azadses |
Rusiyanın Fövqəladə Hallar Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə humanitar yardımdan ibarət növbəti yük göndərib. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bunu nazirliyin əməkdaşı Yebgeni Qorelov yükü yola salmazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, “yerli hakimiyyətin” istəyi əsasında FHN-in əməliyyat qrupu vacib tikinti materiallarının siyahısını hazırlayıb. Y.Qorelov deyib ki, bu tikinti materialları yaşayış binaları və əhəmiyyətli sosial obyektlərin bərpası üçün nəzərdə tutulub. O bildirib ki, 50 tondan artıq yükü 6 yük avtomobili daşıyacaq, 2 avtomobil isə müşayiət edəcək. Yük fevralın 24-də Xankəndinə çatacaq. FHN zabitinin sözlərinə görə, atəşkəs elan olunandan sonra Rusiya Qarabağa 200 tondan artıq humanitar yardım göndərib. Yük dəmiryolu ilə Azərbaycana və Ermənistana, oradan isə Xankəndinə daşınır. Вернуться назад |