Главная > Siyasət / Manset > Xəzər Dəniz Gəmiçiliyinin Müşahidə Şurasının tərkibi təsdiqlənib - SİYAHI
Xəzər Dəniz Gəmiçiliyinin Müşahidə Şurasının tərkibi təsdiqlənib - SİYAHI22-02-2021, 13:20. Разместил: azadses |
Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. ''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, sərəncamla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib. Müşahidə Şurasının sədri Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri Müşahidə Şurasının üzvləri Rəhman Hümmətov – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Mətin Eynullayev – Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Zaur Qurbanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri. Вернуться назад |