Главная > Siyasət / Dünya > Ərdoğan sazişi təsdiqlədi

Ərdoğan sazişi təsdiqlədi


20-02-2021, 08:57. Разместил: azadses
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq qanunu imzalayıb.
 
Qanun imzalandığı gündən qüvvəyə minir.
 
Qeyd edək ki, saziş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2017-ci ilin oktyabrın 31-də Azərbaycana səfəri zamanı imzalanıb. Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib. Toplantıdan sonra sənədlər imzalanıb. Sənədi Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin o zamankı milli müdafiə naziri Nurettin Canikli imzalayıb.

Вернуться назад