Главная > Siyasət > XİN başçılarının üçtərəfli Bakı görüşü TƏXİRƏ SALINDI
XİN başçılarının üçtərəfli Bakı görüşü TƏXİRƏ SALINDI18-02-2021, 12:19. Разместил: azadses |
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli Bakı görüşü təxirə salınıb. ''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb. Ceyhun Bayramov, Mövlud Çavuşoğlu və David Zalkalia fevralın 19-da Bakıda danışıqlar aparmalı idi. Qeyd edək ki, üçtərəfli görüşün baş tutmaması Gürcüstan xarici işlər naziri David Zalkalianinin Azərbaycana səfərinin təxirə salınması ilə əlaqədardır. David Zalkalianinin Azərbaycana səfəri Baş Nazir Giorgi Qaxarianın və hökumətin istefası ilə əlaqədar təxirə salınıb. Вернуться назад |