Главная > Siyasət > Qırmızı Bazarda yüzlərlə sursat tapıldı - “Ballıca”da DƏHŞƏTLİ PARTLAYIŞLAR oldu
Qırmızı Bazarda yüzlərlə sursat tapıldı - “Ballıca”da DƏHŞƏTLİ PARTLAYIŞLAR oldu18-02-2021, 12:11. Разместил: azadses |
Rusiya sülhməramlı kontingentinin humanitar minalardan təmizlənməsi bölməsinin heyəti Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin partlayıcı obyektlərdən təmizlənməsi üçün iş aparıb. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bölgədə 400-ə yaxın partlayıcı sursat zərərsizləşdirilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya istehkamçıları ərazidə 122 mm çapında top mərmiləri və kumulyativ tank sursatı tapıb. Aşkarlanan partlayıcı obyektlər xüsusi təchiz olunmuş “Ballıca” təlim meydançasına aparılaraq məhv edilib. Evakuasiya edilə bilməyən sursatlar partlayış əməliyyatları üçün lazımi bütün təhlükəsizlik tədbirləri ilə yerində məhv edilib. Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən Qarabağda 1419 hektar ərazi, 443 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla, 1361 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 24 453 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib. Вернуться назад |