Главная > Siyasət > İqbal Ağazadədədn hökümətə çağırış

İqbal Ağazadədədn hökümətə çağırış


23-03-2020, 23:36. Разместил: azadses
“Dövlət karantin müddətində iri marketlərlə müqavilə imzalayıb, sosial marketlər yaratmalıdır”.
Ümid Partiyasının sədri İqbal Ağazadə facebook səhifəsində bu təkliflə çıxış edib.Onun sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi dövlət büdcəsi hesabına ərzaqlar almalı, sosial mağazalarda maya dəyərindən aşağı qiymətlərlə satışını təşkil etməlidir:
“Ki, əhalinin aztəminatlı hissəsi müdafiəsiz qalmasın. Yaradılan fonda daxil olan vəsaitlərdən də bu məqsəd üçün istifadə etmək olar. Hər halda bunun üçün mənbələr var”.
İ.Ağazadə qeyd edib ki, səlahiyyətli dövlət qurumları üçün maraqlı olarsa, Ümid Partiyası bu məsələ ilə bağlı tam proqram təqdim etməyə hazırdır: “Nəzərə almalıyıq ki, mövcud qiymətlər aztəminatlı ailələrin vəziyyətinə çox pis təsir göstərir. Bir neçə gündən sonra vəziyyət daha mürəkkəb ola bilər”.



Вернуться назад