Главная > Siyasət > YAP-çı deputat Oqtay Güləliyevi ziyarət etdi

YAP-çı deputat Oqtay Güləliyevi ziyarət etdi


4-11-2019, 11:12. Разместил: azadses
Yeni Azərbaycan Partiyasının (YAP) şöbə müdiri, deputat Aydın Mirzəzadə hüquq müdafiəçisi Oqtay Güləliyevi xəstəxanada ziyarət edib.
 
Azadses.az Modern.az-a istinadən xəbər verir ki bu barədə Aydın Mirzəzadə özü məlumat verib:
 
“İndicə Respublika Neyrocərrahiyyə Xəsəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Güləliyevi ziyarət etdim. İcazə alaraq reanimasiya şöbəsində onu gördüm, baş həkim, onu əməliyyat edən cərrah və reaminatoloqla onun vəziyyəti barədə söhbət etdim.
Vəziyyəti ağır stabildir, dərin komadadır, intensiv müalicəsi gedir. Lazimi dərmanlar vurulur, müalicəsi ciddi nəzarətdədir. Ailəsinə və yaxın dostların onu görməyə icazə verilir, vəziyyəti və müalicənin gedişi barədə məlumatlandırılır.
Allah şəfa versin!”
 
Qeyd edək ki, O.Güləliyev oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə yolu keçərkən vurulub.

Bakı Şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, sürücü qəza nəticəsində xəsarət almış piyadanı xəstəxanaya çatdırıb. O.Güləliyev dünən “City Hospital”da əməliyyat olunub.
Daha sonra onu “City Hospital”dan Respublika Neyrocərrahlıq Xəstəxanasına köçürüblər.

Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.


Вернуться назад