Главная > Siyasət > Səhiyyə nazirinə yeni müavin təyin olundu

Səhiyyə nazirinə yeni müavin təyin olundu


5-03-2020, 16:30. Разместил: azadses
Prezident İlham Əliyev sərəncam imzaladı
Səhiyyə Nazirliyində yeni təyinat olub.
Azadəs-in məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Viktor Qasımov Səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilib.
Bununla da Səhiyyə nazirinin müavinlərinin sayı 4-ə çatıb.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən "Report"a fakt təsdiqlənib.
Qeyd edək ki, V.Qasımov bu təyinata qədər Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri vəzifəsində çalışıb.
Вернуться назад