Главная > Siyasət > Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə bağlı SON XƏBƏR: tamamlandı

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə bağlı SON XƏBƏR: tamamlandı


10-02-2021, 08:53. Разместил: azadses
Qarabağda atəşkəsə nəzarət və monitorinq məqsədilə qurulan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin zabitlərinin vaksinasiya prosesində ikinci mərhələ tamamlanıb.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin hərbi həkimləri "Sputnik-V" vaksini ilə könüllü olaraq hərbi heyəti təmin edib.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, mərkəzdə, ümumilikdə, 30-dan çox insan peyvənd olunub.

Bundan əlavə, Dağlıq Qarabağdakı müşahidə məntəqələrində tapşırıqları yerinə yetirən sülhməramlı kontingentin vaksinasiyası planlaşdırıldığı kimi davam edir. Bu günə qədər təxminən 1500 hərbi qulluqçu peyvənd olunub.

Vaksinasiyadan sonra bütün hərbi qulluqçulara "Sputnik-V" peyvəndinin birinci və ikinci komponentlərinin tətbiqi tarixlərini göstərən profilaktik peyvənd sertifikatları verilir.

Вернуться назад