Главная > Siyasət > Ermənistandan Qarabağa hərbçilərin göndərilməsi dayandırılıb

Ermənistandan Qarabağa hərbçilərin göndərilməsi dayandırılıb


9-02-2021, 14:45. Разместил: azadses
Ermənistandan Rusiya sülhməramlılarının nəzarət etdiyi Azərbaycanın Qarabağ bölgəsinə hərbçilərin göndərilməsi dayandırılıb.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, Ermənistanda faktiki olaraq silahlı qüvvələrin qış çağırışı başlayıb. Məlumata görə, çağırışçılar ölkədən kənarda deyil, yalnız Ermənistanda yerləşən hərbi hissələrdə xidmət edəcək.

O da qeyd edilib ki, xidmət ediləcək hərbi hissənin seçilməsi ilə bağlı ənənəvi püşkatılan yerlər siyahısında Qarabağın adı göstərilməyib.


Вернуться назад