Главная > Siyasət > Azərbaycan Ordusunun 4 hərbçisi minaya düşdü
Azərbaycan Ordusunun 4 hərbçisi minaya düşdü9-02-2021, 13:21. Разместил: azadses |
Fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb. Bu barədə "Azad Səs"-ə Müdafiə Nazirliyindən məlumat verilib. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib. Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur. Вернуться назад |