Главная > Siyasət > Düşmənin itkiləri iki dəfə çoxdur - General

Düşmənin itkiləri iki dəfə çoxdur - General


9-02-2021, 11:26. Разместил: azadses
“Çox təəssüf ki, qələbə itkisiz əldə olunmur. Mən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov jurnalistlərə açıqlamasında deyib.

“Onu da xüsusi qeyd edim ki, hücuma keçən tərəf kimi, bizim itkimiz müdafiə olunan düşmənin itkisindən iki dəfə azdır. Yəni, düşmənin itkiləri bizimlə müqayisədə iki dəfədən çoxdur”, - o vurğulayıb.


Вернуться назад