Главная > Siyasət > Bu gün deputatlar təsdiqlənəcək

Bu gün deputatlar təsdiqlənəcək


5-03-2020, 09:49. Разместил: azadses
Konstitusiya Məhkəməsi qərar qəbul edəcək
Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclası keçiriləcək. İclasda Konstitusiyanın 86-cı maddəsinə uyğun olaraq, 2020-ci il fevralın 9-da VI çağırış Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılacaq.
Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul edəcək.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) apardığı araşdırmalardan sonra 4 nəfərin nəticələsrini ləğv etmişdi. 




Вернуться назад