Главная > Siyasət > Qarabağa KRİTİK SƏFƏR: yaxın müddətdə...

Qarabağa KRİTİK SƏFƏR: yaxın müddətdə...


6-02-2021, 13:26. Разместил: azadses
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Qurumu (YUNESKO) Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinə missiya göndərməyi planlaşdırır.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a təşkilatın mətbuat xidmətinin nümayəndəsi bildirib.

Qeyd edilib ki, qurum səfərin yaxın gələcəkdə baş tutacağına ümid edir. Səfərin təşkili ilə bağlı müzakirələr davam edir.

Qeyd edək ki, YUNESKO-nun Baş direktoru Audre Azoulay 20 noyabr 2020-ci il tarixində təşkilatın bölgənin mədəni və tarixi irsinin bərpasına kömək məqsədilə bir missiya göndərməyə hazır olduğunu bildirmişdi.


Вернуться назад