Главная > Siyasət > Daha hansı eks məmurları həbs gözləyir? - KORRUPSİYAYA QARŞI SAVAŞ...

Daha hansı eks məmurları həbs gözləyir? - KORRUPSİYAYA QARŞI SAVAŞ...


5-02-2021, 14:39. Разместил: azadses
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, son zamanlar Azərbaycanda bir neçə yüksək vəzifəli şəxs vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı ittihamı ilə saxlanılıb, və ya həbs edilib. Onların bəziləri korrupsiya əməllərində, digərləri dövlət vəsaitlərinin mənimsənilməsində günahlandırılıb.

Bəs korrupsiya əməllərinin qarşısını almaq üçün daha hansı tədbirlər görülməlidir?

Bu haqda Redaktor.az-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, məsələ idarəetmə sistemindəki öncəki boşluqlarla bağlıdır:

“Ramiz Mehdiyev dövründə böyük məbləğdə rüşvət verərək təyinat almış şəxslər var. Rüşvət verən şəxs ilk növbədə təyin edildiyi vəzifədən istifadə edib verdiyi pulu çıxarmaq istəyir. Bu səbəbdən dövlət institutlarında dəyərlər sistemi dəyişməli, rüşvət, korrupsiya, qohumbazlıq aradan qaldırılmalıdır. Nəzarət sistemində şəffaflıq, hesabatlılıq öz əksini tapmalıdır.

Ölkə prezidenti hamının işinə nəzarət edə bilməz, bu, fiziki baxımdan da çətindir. Hər bir qurum özünəməxsus fəaliyyət proqramı ilə hərəkət etməli, səlahiyyətlərini aşmamalıdır. Mən prezidentin yeni xüsusi nümayəndəliyini, verdiyi fərmanı təqdir edirəm. Düşünürəm ki, Qarabağın azad edilmiş rayon və şəhərlərində yeni demokratik idarəetmə sistemləri qurulacaq, məhz Qarabağdan Azərbaycana doğru demokratik idarəetmə sistemi transfer ediləcək”.


Вернуться назад