Главная > Siyasət > Rusiya sülhməramlıları ilə bağlı SON AÇIQLAMA
Rusiya sülhməramlıları ilə bağlı SON AÇIQLAMA5-02-2021, 10:57. Разместил: azadses |
Rusiya sülhməramlı kontingentinin tibb işçiləri Dağlıq Qarabağdakı hərbi qulluqçuların “Sputnik-V” peyvəndinin ikinci komponenti ilə peyvənd olunmasına başlayıb. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, vaksinasiyaya ilk Rusiya sülhməramlı kontingentinin komandanlığının nümayəndələri və Xankəndidə yerləşdirilən hərbi qulluqçular cəlb olunacaq. Gələcəkdə təsdiqlənmiş cədvələ uyğun olaraq səyyar tibbi qruplar 27 müşahidə məntəqəsindəki bütün hərbi qulluqçulara peyvənd vuracaq. Qeyd edək ki, ümumilikdə, 2 min dozada peyvənd Dağlıq Qarabağa çatdırılıb. Вернуться назад |