Главная > Siyasət > Rusların Qarabağa gətirdiyi ermənilərlə bağlı ŞOK FAKTLAR

Rusların Qarabağa gətirdiyi ermənilərlə bağlı ŞOK FAKTLAR


4-02-2021, 10:40. Разместил: azadses
Müharibənin başa çatmasından sonra Rusiya sülhməramlılarının müşaiyəti ilə Qarabağa qayıdan ermənilərin sosial vəziyyəti acınacaqlıdır.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, Ermənistan mediası Qarabağa qayıdan ermənilərin üzləşdikləri problemlərdən yazıb.

Əksər erməninin işğal dövründə Qarabağda yeganə dolanışıq sahəsindən - əkinçilik və heyvandarlıqdan məhrum olublar. Çünki əkin sahələri və otlaqlar Azərbaycan Ordusunun nəzarətindədir.

Qayıdanların çoxu ya ərini, ya oğlunu, ya yaxınını müharibədə itirib və bu, onlar üçün bu ərazilərdə yaşamasına çətinlik yaradır.

Əlil olan hərbçilərin də işləmək üçün yeri, o cümlədən, yaşamaq üçün təminatı yoxdur.

Rusiyanın ermənilərə verdiyi humanitar yardımların miqdarı mövcud problemlər fonunda cüzidir. Erməni mənbələr Qarabağa qayıdanların qida problemi ilə üzləşdiyini yazır.

Həmçinin, ticarət əlaqələrinin itməsi burada yaşamaq üçün heç bir perspektiv qoymur.

Rus sülhməramlıların müharibədən sonra Qarabağa 50 mindən çox ermənini qaytardığı haqda rəsmi məlumat var. Lakin əksər erməninin müvəqqəti qayıtdığı, əsas məqsədlərinin evlərini satmaq, qalan əşyalarını toplamaq olduğu haqda məlumatlar var. Xüsusilə əkinçilik və heyvandarlığın olmaması, ticarət əlaqələrinin sıradan çıxmasından sonra ermənilər Qarabağda yaşamaq istəmirlər.

Rəsmi Bakı Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı olduğunu, Azərbaycan qanunları altında bərabərhüquqlu yaşayacağını və sosial həyatlarının daha yaxşı olacağını bəyan edib. İndi seçim ermənilərindir: ya Azərbaycan vətəndaşı kimi daha yaxşı yaşayacaqlar, ya da Ermənistana qayıdıb sosial problemlərin ağuşunda boğulacaqlar.

Müharibə vaxtı Ermənistana gedən ermənilər hazırda vağzallarda, o cümlədən, 7-10 nəfərlik qruplarla kiçik evlərdə qalır. “Qarabağlı ermənilərin” evinə girdiyi ermənilər artıq onların çıxmasını tələb edirlər.

Hökumət Qarabağdan gedən ermənilərin ehtiyaclarını ödəyə bilmir. İki gün öncə bu ermənilər İrəvanda hökumət binası önündə aksiya keçirsələr də, heç bir dəyişiklik yoxdur.

Вернуться назад