Главная > Siyasət / Manset > Əli Əsədovdan MÜHÜM QƏRAR

Əli Əsədovdan MÜHÜM QƏRAR


3-02-2021, 16:49. Разместил: azadses
Baş nazir Əli Əsədov “İctimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə Qaydası”nı təsdiq edib. 

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, qərara əsasən, elektron nəzarət vasitəsindən istifadə edən şəxslərin qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmasına yol verilmir. 

Şəxslərə istifadə üçün təqdim olunan elektron nəzarət vasitəsi həmin şəxslərin müəyyən edilmiş vaxt ərzində ictimai işlərin yerinə yetirilməsi yerlərində olmasını avtomatlaşdırılmış rejimdə izlənil-məsini təmin edən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihazdır. Elektron nəzarət vasitəsi istifadə üçün kiçik və yüngül olmalı, nəzarət subyektlərinə zərər verməyən materialdan hazırlanmalı, ictimai işlərin yerinə yetirilməsi ilə əlaqədar onların fəaliyyətinə çətinlik yaratmamalı, xarici səthi mexaniki zərbələrə davamlı olmalı, stasionar enerji qida mənbəyini dəstəkləməlidir. Elektron nəzarət vasitəsi barmaq izi skaneri, şəbəkə, enerji ehtiyatı və işıq indikatoru, fiziki və proqram müdaxiləsi detektorları, vibrasiya xəbərdarlıq siqnalı ilə təchiz edilməli, habelə GPS və GSM siqnalı vasitəsilə coğrafi yeri müəyyən etmək, monitorinq mərkəzi ilə data əlaqəsini yaratmaq və məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları ilə təmin olunmalıdır. 

Elektron nəzarət vasitəsinin tətbiqi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sisteminin elektron nəzarət üzrə altsistemi (bundan sonra – elektron nəzarət sistemi) vasitəsilə həyata keçirilir. 

Yerli probasiya qurumlarında quraşdırılmış işçi stansiyalar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sisteminə inteqrasiya olunurlar. 3.3. Elektron nəzarət sistemi vahid data mərkəzindən və onun proqram təminatından, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində quraşdırılan monitorinq mərkəzindən və bilavasitə elektron nəzarət vasitələrindən ibarətdir. 

Data mərkəzi elektron nəzarət sisteminin fəaliyyətini təmin edən əsas və məkanca kənarda yerləşən ehtiyat surətlərdən ibarət olan avadanlıq və rabitə infrastrukturu kompleksidir. 

Proqram təminatı elektron nəzarət vasitələrinin tətbiqi prosesinin təşkilini və ona nəzarətin həyata keçirilməsi üçün nəzarət subyektlərinin və onların üzərinə qoyulan vəzifələrin uçotunu, izləmə məlumatlarının vizuallaşdırılmasını və saxlanılmasını, pozuntu hallarının müəyyən edilməsini və digər funksiyaları həyata keçirən avtomatlaşdırılmış mühitdir. 

Monitorinq mərkəzi elektron nəzarət vasitəsinin istifadəsi ilə aparılan bütün izləmə məlumatlarının qəbulunu, emalını, saxlanılmasını, idarə edilməsini və ötürülməsini, habelə şəxslərlə operativ əlaqəni təmin edən müvafiq texniki-proqram vasitələri ilə təchiz olunan, ilin bütün günləri 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən və elektron nəzarət sisteminə inteqrasiya edilmiş mərkəzdir. 

Вернуться назад