Главная > Siyasət > Azərbaycanda 2025-ci ilədək...
Azərbaycanda 2025-ci ilədək...2-02-2021, 13:37. Разместил: azadses |
Nazirlər Kabineti Milli Prioritetlərə uyğun olaraq “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsini doqquz ay müddətində hazırlayacaq. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” sərəncamda əksini tapıb. Sərəncama əsasən, Nazirlər Kabineti “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Nazirlər Kabineti “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi hazırlanarkən aşağıdakıları təmin etməlidir - qabaqcıl beynəlxalq təşkilatlar və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini; - aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunmasını; - Milli Prioritetlərin həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. - bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. Вернуться назад |