Главная > Siyasət > Qarabağla bağlı SON MƏLUMAT: 24 min...

Qarabağla bağlı SON MƏLUMAT: 24 min...


2-02-2021, 10:30. Разместил: azadses
Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları yaşayış məntəqələrinin minalardan təmizlənməsi və partlayıcı obyektlərdən zərərsizləşdirilməsinə davam edir.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirir.

Qeyd olunub ki, sülhməramlılar Qarabağda 24 minə yaxın partlayıcı zərərsizləşdirib.

“Rusiya sülhməramlıları “Uran-6” müasir robot sistemlərindən istifadə edir. 23 noyabr 2020-ci il tarixindən etibarən aparılan əməliyyatlar zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri təxminən 859,3 hektar ərazi, 245,8 km yol, 27 sosial əhəmiyyətli obyekt daxil olmaqla, 962 binanı partlamamış hərbi sursatlardan təmizləyib”, - məlumatda deyilir.

Вернуться назад