Главная > Siyasət > Qarabağda daha bir şəhərcik salındı - Rusiya MN

Qarabağda daha bir şəhərcik salındı - Rusiya MN


1-02-2021, 09:33. Разместил: azadses
Dağlıq Qarabağdakı rus sülhməramlıları üçün 60 yerlik daha bir blok-modul şəhərciyi tikilib.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya sülhməramlı kontingentinin hərbi personalının Dağlıq Qarabağa yerləşdirilməsi şərtlərini yaxşılaşdırmaq üçün Rusiya Müdafiə Nazirliyinin maddi-texniki təminat mütəxəssisləri ən qısa müddətdə Xaçmaç qəsəbəsində blok-modul şəhərciyi inşa edib.

Qeyd olunur ki, bu, sülhməramlı kontingentin hərbi heyəti üçün inşa edilən dördüncü belə qəsəbədir. Modul qəsəbələrin tikintisi işçilər üçün rahat yaşayış şəraiti yaratmağa imkan verir.

Blok modullu qəsəbələr hər növ məişət şəraiti ilə təmin olunub.
Hər bir şəhərciyin ərazisində süni örtüklü idman salonu, hamam, tibb mərkəzi, qurutma maşını, paltar təmizləyən otaq, istirahət otağı, ofis, anbar, yeməkxana və mağaza var.

Вернуться назад