Главная > Siyasət > Rusiya MN: Azərbaycan Birgə Monitorinq Mərkəzinin yaradılması üzrə çox böyük iş görüb

Rusiya MN: Azərbaycan Birgə Monitorinq Mərkəzinin yaradılması üzrə çox böyük iş görüb


30-01-2021, 15:29. Разместил: azadses
“Keçən ilin payızında üç dövlətin liderlərinin səyi və iradəsi ilə postsovet məkanında, bəlkə də, ən uzun çəkən və ən qanlı münaqişə faktiki olaraq dayandırıldı”.

“Azad Səs” xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində deyib.

O qeyd edib ki, Rusiya və Türkiyə müdafiə nazirlikləri arasında atəşkəsə və bütün döyüş əməliyyatlarına nəzarət etmək üçün birgə mərkəz yaratmaq üçün sıx əməkdaşlıq təşkil edilib.

“Azərbaycan bu ecazkar mərkəzin yaradılması və onun iş üçün lazım olan hər şeylə təchiz edilməsi üçün çox böyük iş görüb. Belə götürəndə bu, sülhməramlı fəaliyyətimizdə yeni mərhələdir. Türkiyə Respublikası, türk hərbçilər ilə böyük müsbət qarşılıqlı fəaliyyət təcrübəmiz var. Buna əla nümunə kimi Suriya ərazisində münaqişədən sonrakı nizamlama yolu üzrə qarşılıqlı əlaqələrimizi göstərə bilərəm. Rusiyalı və türkiyəli hərbçilərə səslənirəm: bu torpaqlarda sülhün bərqərar olması üçün bütün lazımi tədbirlərin nə qədər sürətli və qətiyyətlə yerinə yetirilməsi indi məhz sizdən asılıdır”, - nazir müavini söyləyib.

Report

Вернуться назад